“Azərsu” ASC 2022-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq hazırlanmış maliyyə hesabatlarının auditorunu seçib.
“İnterfaks-Azərbaycan” agentliyi www.etender.gov.az portalına isinadən xəbər verir ki, “SR AUDİT SOLUTİONS” MMC ilə müvafiq müqavilə bağlanıb.
Müqavilənin dəyəri 218,3 min manatdır.
Müqavilənin şərtlərinə görə, hesabat mayın 25-nə kimi "Azərsu" ASC-yə təqdim olunmalıdır.*
B.Rüstəmbəyov