2023-cü ilin I rübündə Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 74,8% artaraq 4 milyard 899,5 milyon manat təşkil edib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkələrdəki hesablarında yazıb.
“2023-cü ilin yanvar-mart aylarında DVX-nin xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 4 milyard 899,5 milyon manat təşkil edib. Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 16,4% artaraq 2 milyard 618 milyon manat olub”, - deyə nazir bildirib.
Xəbər verildiyi kimi, 2023-cü ildə DVX-nin xətti ilə dövlət büdcəsinə daxilolmalar 13,4 milyard manat məbləğində proqnozlaşdırılır.*
B.Rüstəmbəyov