Azərbaycan millisi FIFA reytinqində 124-cü pilləyə enib. Reytinqin yenilənmiş versiyası bu gün təşkilatın saytında dərc olunub.
Daha əvvəl Azərbaycan yığması reytinqdə 121-ci pillədə qərarlaşmışdı.
Yığmanın aktivində 1142,25 xal var.
Martda Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində iki oyun keçirib və Avstriyaya 1:4 və İsveçə 0:5 hesabı ilə məğlub olub.
Millimizin qrupdakı rəqibləri olan Belçika 4-cü, İsveç 22-ci, Avstriya 32-ci, Estoniya 108-ci pillədə yer alıb.
Reytinqə Argentina millisi başçılıq edir. İlk onluqda Fransa, Braziliya, Belçika, İngiltərə, Niderland, Xorvatiya, İtaliya, Portuqaliya və İspaniya da yer alıb.*
R.Əhmədov