Bakıda 20 nömrəli məktəb-liseyin şagirdləri arasında kütləvi zəhərlənmə olub. Bu barədə Baş Prokurorluqdan bildirilib.
“Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. İlkin ehtimallara əsasən şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib”, - deyə məlumatda qeyd olunur.
TƏBİB-dən verilən məlumata görə, 6 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin vəziyyəti qənaətbəxşdir, vəziyyəti ağır qiymətləndirilən 1 nəfər isə reanimasiya şöbəsinə yerləşdirilib.*
B.Rüstəmbəyov