Novosibirsk vilayəti Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanla tibbi turizmi inkişaf etdirəcək. Bu barədə regionun İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Beş ölkənin Tibbi Turizm assosiasiyalarının rəhbərləri Novosibirsk turizm biznesinin nümayəndələri ilə əməkdaşlıq haqqında sazişlər imzalayıblar. Tərəfdaşlıq regionda tibbi turizmin inkişafını nəzərdə tutur”, - deyə məlumatda bildirilir.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, sazişin məqsədi Novosibirsk vilayətinə turist axınının artırılmasıdır.
Bundan başqa, Novosibirsk vilayəti tibbi turizmin inkişaf alətlərinin aprobasiyası üçün pilot meydança olacaq.
2019-2022-ci illərdə dünyanın 111 ölkəsindən 54,4 min əcnəbi pasiyent regionun $8,6 milyonluq tibbi xidmətlərindən istifadə edib. Novosibirsk vilayətində tibbi lisenziyası olan 2 minə yaxın təşkilat fəaliyyət göstərir, onlardan 1,8 mini özəl təşkilatlardır.*
R.Əhmədov