Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - AITF-2023 çərçivəsində Azərbaycandan Dağıstana turist qruplarının qəbulunun təşkili və azərbaycanlı həmkarlar üçün infoturların keçirilməsi məsələləri müzakirə olunub. Bu barədə Dağıstanın Turizm və Xalq Bədii Sənətkarlıq Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Turizm və xalq bədii sənətkarlıq naziri Emin Merdanov və respublikanın turizm şirkətlərinin rəhbərləri bir sıra işgüzar görüşlər keçiriblər. Görüşlərdə xarici həmkarlarla əməkdaşlıq yolları müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Xüsusilə Azərbaycanın “Green apple”, “Access travel”, “SilkRow Travel”, “Turizm.az”, “Kaizen”, “Summer Tour” turoperatorları, eləcə də ölkənin aparıcı turizm şirkəti "PASHA Travel” ilə danışıqlar aparılıb.
Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi - AITF-2023 aprelin 4-də Bakıda öz işinə başlayıb.*