Azərbaycanda koronavirus infeksiyasına 79 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 830,135 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 101 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib. Ölənlərin ümumi sayı 10196 nəfər təşkil edir.
Virusa yoluxmuş 819,472 min nəfər (sutka ərzində +69) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 467 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1266 (ötən gün 1732 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 565,697 min test aparılıb.*
X.Nəsirzadə