Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikləri təsdiqləyib.
Dövlət başçısının saytında cümə günü dərc olunan fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Tarif Şurasının tərkibinə daxil ediliblər.
Beləliklə, Tarif (qiymət) Şurası nın üzvlərinin sayı 12-yə çatıb.
Bundan başqa, dəyişikliyə əsasən, Şuranın iclasları onun üzvlərindən azı 9 nəfər iştirak etdikdə baş tutmuş sayılacaq (əvvəl bu tələb 8 üzv idi). **
R.Əhmədov