Azərbaycan və Qırğızıstan arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar keçirilib.
“İnterfaks-Azərbaycan”a Dövlət Vergi Xidmətindən verilən məlumata əsasən, müzakirələr Bakıda keçirilib.
“Üç gün davam edən müzakirələrin nəticəsi olaraq, saziş layihəsinin vergitutmaya aid olan bütün müddəaları üzrə razılıq əldə edilib. Müzakirələr zamanı tərəflər açıq qalan məsələlərlə bağlı qısa vaxt ərzində razılığın əldə olunması üçün səylərin gücləndirilməsi barədə ortaq fikrə gəliblər”, - Xidmətdən vurğulanıb. **
R.Əhmədov