Azərbaycan müstəqil ölkədir və hansı dövlətlə necə münasibət qurmasını özü həll edir. Bu barədə Milli Məclisin spikeri Sahibə Qafarova bəyan edib.
“Bidiyiniz kimi, aprelin 5-də İran parlamentində Azərbaycana qarşı qərəzli siyasi aksiya təşkil olunub və nəticədə uydurma və yalan ittihamlar əsasında bəyanat qəbul edilib”, - Qafarova cümə günü Azərbaycan parlamentinin iclasında deyib.
Onun sözlərinə görə, “əfsuslar olsun ki, İran Azərbaycan torpaqlarını 30 il işğal altında saxlamış və Azərbaycanın sərvətlərini vəhşicəsinə talan etmiş Ermənistana bir dəfə də etiraz etməyib”, hətta ona müxtəlif vasitələrlə dəstək verib.
“Hamı bilməlidir ki, Azərbaycan müstəqil ölkədir və hansı dövlətlə necə münasibət qurmasını özü həll edir. Azərbaycanın suveren hüquqlarına qarışmağa heç kimin haqqı yoxdur”, - spiker bəyan edib.
Həmçinin, Qafqarova bildirib ki, Azərbaycan parlamenti İran parlamenti tərəfindən ölkəmizə qarşı irəli sürülmüş əsassız ittihamları qətiyyətlə rədd edir.
“İran parlamentini Azərbaycana qarşı bu cür təxribatlara son qoymağa, ikitərəfli münasibətlərə xələl gətirə bilən hərəkətlərdən çəkinməyə çağırırıq”, - spiker əlavə edib. **
B.Rüstəmbəyov