Aprelin 28-də Belqradda Serbiya Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası baş tutacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a İxracın və İnvestisiyaların Təşviqi Agentliyindən (AZPROMO) məlumat verilib.
Məlumata əsasən, iclas çərçivəsində Serbiya-Azərbaycan biznes forumu keçiriləcək. AZPROMO tədbirdə iştirak etmək istəyən sahibkarları 17 aprel tarixinədək Agentliyə müraciət etməyə çağırıb. **
X.Nəsirzadə