Azərbaycanda koronavirus infeksiyasına 71 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 830 min 301-ə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 95 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 197 nəfər təşkil edir.
Virusa yoluxmuş 819 min 608 nəfər (sutka ərzində +75) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 496 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1035 (ötən gün 795 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 567 min 527 test aparılıb.**
V.Əliyev