2022-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) xətti ilə verilmiş kreditin orta məbləği 54 min manat təşkil edib.
“İnterfaks-Azərbaycan”a SİF-dən verilən məlumata görə, 2020-ci ilin yekunları üzrə verilmiş kreditin orta məbləği 140 min manat, 2021-ci ildə - 69 min manat təşkil edib.
Kreditin orta məbləğinin azalması borc vəsaitinin verilməsi müddətinə də təsir edib. 2022-ci ildə verilmiş kreditin orta müddəti 4,2 il təşkil edib, baxmayaraq ki, 2021-ci ilin yekunları üzrə bu göstərici 4,5 il, 2020-ci ildə - 6,5 il olub.
2021-ci ildə SİF-in xətti ilə 130,6 milyon manat (1902 layihə) və 2020-ci ildə 126,9 milyon manat (902 layihə) məbləğində kreditə qarşı 2022-ci ildə Fondun xətti ilə 145,9 milyon manat məbləğində (2726 layihə) kredit verilib.
Həmçinin, 2022-ci ildə verilmiş kreditlərin ümumi həcmindən 143,4 milyon manat (bütün kreditlərin 98,3%-i), 2021-ci ildə 115 milyon manat (88,1%) və 2020-ci ildə 108,8 milyon manat (85,7%) mikro, kiçik və orta biznes sektorunun payına düşüb.
2022-ci ildə SİF-in xətti ilə maliyyələşdirilən layihələrin ümumi dəyəri 399,4 milyon manat (2021-ci ildə - 287,7 milyon manat, 2020-ci ildə - 245,4 milyon manat) təşkil edib.
Beləliklə, 2022-ci ildə Fondun kreditləri hesabına təsdiq olunmuş layihələrin ümumi dəyərinin 36,5%-i maliyyələşdirilib (2021-ci ildə bu göstərici 45,4%, 2020-ci ildə - 51,7% təşkil edib). **
R.Əhmədov