Ermənistan Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan və İran Milli Təhlükəsizlik Ali Şurasının katibiƏli Şamhaniregionda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər. Bu barədə bazar günü Ermənistan Təhülkəsizlik Şurasının mətbuat xidmətindən məlumat verilib.
“Armen Qriqoryan Əli Şamhani ilə işgüzar nahar keçirib. Görüş zamanı tərəflər regionda təhlükəsizliklə bağlı vəziyyəti müzakirə ediblər”, - məlumatda deyilir.
O cümlədən, həmsöhbətlər gündəlikdə duran məsələlər və Ermənistan-İran ikitərəfli əlaqələrin inkişafı perspektivlərinə toxunublar. **