İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2023-cü ilin yanvar-mart aylarında məcburi dövlət sosial sığorta haqları üzrə yığımları artırıb.
“İnterfaks-Azərbaycan” agentliyi DVX-yə istinadən xəbər verir ki, 2023-cü ilin I rübündə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 192,7 milyon manat olmaqla ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,9% və ya 145,3 milyon manat artıb.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 17,6% artaraq 41,5 milyon manat olub.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1% artıb və 213,8 milyon manat təşkil edib.*
B.Rüstəmbəyov