Aprelin 10-da Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev ilə məhdud tərkibdə görüşü başlayıb. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Xatırladaq ki, aprelin 10-da Prezident İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gəlib.*
R.Kərimov