Nazirlər Kabineti “Kosmik Agentliyin (“Azərkosmos”) Nizamnaməsi”ndə dəyişikliyi təsdiq edib.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, dəyişikliyə əsasən, “Azərkosmos”un nizamnamə kapitalı 272 milyon 605,880 min manatdan 295 milyon 605,880 min manatadək, yəni 23 milyon manat və ya 8,4% artırılır.
Baş nazir Əli Əsədov müvafiq qərarı 2023-cü il aprelin 8-də imzalayıb.
“Azərkosmos” ASC 2010-cu ildə telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün yaradılıb. Onun funksiyalarına peykin orbitə çıxarılması, telekommunikasiya xidmətlərinin göstərilməsi, xidmətlər almaq üçün sığorta şirkətlərinin seçiminin aparılması, kosmik (peyk) operatorlarla əməkdaşlığın qurulması, bu istiqamətdə müxtəlif tədqiqatların aparılması daxildir.*
N.Abbasova