Bərdə rayonunda “SOCAR Petroelum” QSC-yə məxsus yeni yanacaqdoldurma məntəqəsi istifadəyə verilib.
Şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, yeni YDM Bakı küçəsində yerləşir. Bu, Bərdə rayonunda istifadəyə verilən “SOCAR” brendli ilk YDM-dir. Yanacaqdoldurma məntəqəsində 4 yanacaqpaylayıcı kolonka quraşdırılıb və Aİ-95 Premium, Aİ-92 markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçiriləcək.
Bərdədə fəaliyyətə başlayan YDM ilə birlikdə ölkə ərazisində SOCAR brendli YDM-lərin sayı 47-yə çatdırılıb.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.*
N.Abbasova