Prezident İlham Əliyev hesab edir ki, Bakı və Astana qısa müddətdə qarşılıqlı əmtəə dövriyyəsində $1 milyardlıq həddə çatacaq.
“Biz həm də sənaye kooperasiyası, ixrac-idxal əməliyyatlarının nomenklaturunun genişləndirilməsi ilə bağlı məsələləri, o cümlədən gələcəkdə ixrac-idxal potensialının reallaşdırılması üçün sifarişlərin yerləşdirilməsi məsələlərini fəal müzakirə etdik”, - deyə Əliyev aprelin 10-da Astanada Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.
“Kazinform” informasiya agentliyinin məlumatına görə, dövlət başçısı hesab edir ki, iki ölkə arasında əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə səsləndirilən rəqəmlər tamamilə realdır.
“Təbii ki, biz bir-birimizin infrastrukturunu, bir-birimizin sənaye potensialını bir-birimizə tədarük edə biləcəyimiz mallar hesabına tamamlamalıyıq, beləliklə, əmtəə dövriyyəsini artırmalıyıq. Bu gün bizim ortamüddətli perspektivli əmtəə dövriyyəsini milyard dollara çatdırmaq barədə rəqəmlər səsləndi. Mən hesab edirəm ki, xüsusən bizim əldə etdiyimiz razılaşmalar çərçivəsində, bu, tamamilə realdır. Fikrimcə, biz bu həddə kifayət qədər qısa müddətdə çatacağıq. Əsas odur ki, əməkdaşlığı möhkəmlətmək üçün çox müsbət ortaq əhvali-ruhiyyə var”, - deyə Əliyev qeyd edib.*
Xəbərlər şöbəsi