Azərbaycan və Qırğızıstan hərbi qulluqçuları Türkiyədə “Bayraktar Akıncı” pilotsuz uçuş aparatını idarəetmə kursunu bitiriblər. Bu barədə bu gün “BaykarTech” şirkətinin sosial şəbəkə hesabında məlumat verilib.
“Hazırlıq keçən və təlimi uğurla başa vuran bütün türk, azərbaycanlı və qırğızıstanlı məzunları təbrik edirik, onlar “Bayraktar Akıncı” ilə öz ölkələrinə xidmət edəcəklər”, - deyə şirkətdən bildiriblər.*