Cari ilin fevral ayında Çexiyadan Azərbaycana smartfon idxalı 9,38 min ədəd təşkil edib, bu da 2022-ci il fevral ayının göstəricisindən 1,9 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Çexiyanın Statistika İdarəsindən məlumat verilib.
Çexiyadan Azərbacana idxal olunmuş smartfonların dəyəri 8 milyon 276 min avro (artım 2,1 dəfə) təşkil edib.
Bütövlükdə, 2023-cü ilin fevral ayında Çexiyadan Azərbaycana malların idxalının dəyəri 16 milyon 527 min avro (artım 2,4 dəfə) təşkil edib. **
R.Kərimov