“MİDA” MMCCəbrayıl şəhərində (Şərqi Zəngəzur iqtisadi rayonu) 7,87 ha torpaq sahəsində ilk beş yaşayış binanın tikintisinə 10 milyon manata yaxın vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” www.etender.gov.az portalına istinadən məlumat verir ki, “T.T.Ş-İnşaat” MMC ilə 9,886 milyon manat məbləğində müqavilə bağlanıb.
Müqavilə 1-5 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisini nəzərdə tutur.
İşlərin icrası müddəti – 9 ay – 6 yanvar 2024-cü ilə qədərdir. **
R.Kərimov