2023-cü ilin yanvar-mart aylarında dövlət əmlakının özəlləşdirilməsindən və icarəyə verilməsindən dövlət büdcəsinə 26,5 milyon manat (cari məzənnə ilə $15,6 milyon) məbləğində vəsait daxil olub. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatında deyilir.
“Bu ilin yanvar-mart ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 18,6 milyon manat təşkil edib. Dövlət əmlakının icarəsindən isə büdcəyə 7,9 milyon manat ödənilib”, - Xidmətdən qeyd olunub.
2023-cü ilin yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsi üzrə 11 hərrac keçirilib. Hərraclarda iki səhmdar cəmiyyətinin səhm paketi, 6 kiçik dövlət müəssisəsi, bir yardımçı tikinti sahısi və 162 nəqliyyat vasitəsi özəlləşdirilib.
Bundan başqa, hesabat dövründə hərraclar vasitəsilə 6 faydalı qazıntı yatağı satılıb.
Həmçinin, bu dövrdə 631 icarə müqavilə bağlanıb, həmçinin 150 qeyri-yaşayış sahəsi, 481 torpaq sahəsi icarəyə verilib. **
N.Abbasova