Geoloji Kəşfiyyat Agentliyi Kəlbəcər rayonu ərazisində qara və əlvan metalların axtarışı layihəsinin 2023-cü il üzrə çöl geoloji işlərinin satınalınması və Zəngilan rayonu (hər iki Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir) ərazisində geoekoloji və hidrogeoloji şəraitin öyrənilməsi layihəsinin 2023-cü il üzrə çöl geoloji işlərinin satın alınması ilə bağlı şirkətlər seçir.
Podratçıların seçimi açıq tenderlər üsulu ilə keçirilir.
Tenderin hər birində iştirak haqqı – 250 manatdır.
Birinci tenderdə şirkətlərdən təkliflər 11 may 2023-cü il saat 18:00-dək qəbul olunur Təkliflərin açılması 12 may 2023-cü il saat 12:00-da baş tutacaq.
İkinci tender üzrə şirkətlərdən təkliflər 12 may 2023-cü il saat 18:00-dək qəbul olunur. İddiaçıların təkliflərinin açılması 15 may 2023-cü il saat 11:00-da baş tutacaq. **
R.Kərimov