2023-cü ilin iyul ayında "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının ərazisində (Şərqi Zəngəzur iqtisadi rayonu) “Gəncə Avtomobil Zavodu” və “KamAZ” ASC-nin birgə servis mərkəzi fəaliyyətə başlayacaq. Bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev məlumat verib.
“KamAZ” sevis mərkəzi iyulda fəaliyyətə başlayacaq. İndiyədək tikinti işlərinin 85%-I yekunlaşıb”, - Nuriyev çərşənbə axşamı jurnalistlərə deyib.
Onun sözlərinə görə, yaxın zamanda Parkın ərazisində İtaliyanın “IVECO” avtomobillərinin servis mərkəzinin inşasına başlanılacaq. “Bu layihə üzrə bütün smeta sənədləri artıq hazırlanıb”, -- Nuriyev vurğulayıb.
Xəbər verildiyi kimi, bu müəssisədə “IVECO” yük avtomobillərinin istehsalını planlaşdırır. **
B.Rüstəmbəyov