Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi sahədə çox yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi qeyd olundu və bu əlaqələrin genişləndirilməsi üçün önəmli addımların atıldığı vurğulandı”, - Azərbaycan liderinin saytında məlumat verilir.
Məlumatda “əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı potensialın mövcud olduğu bildirildi”, Neşiçin ölkəmizə səfərinin bu işə töhfə verəcəyinə ümidvarlıq ifadə edildi.
Məlumatda deyilir ki, görüşdə COVID-19 dövründə, həmçinin Bosniya və Herseqovinada baş vermiş daşqınlar zamanı Azərbaycanın göstərdiyi dəstək bir daha yüksək qiymətləndirildi. **
R.Kərimov