2023-cü ilin yanvar-mart aylarında operativ məlumatalara əsasən, Azərbaycanda kondensatla birlikdə neft hasilatı 7,7 milyon ton təşkil edib. Bu barədə energatika naziri Pərviz Şahbazov məlumat verib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, Şahbazov Twitter hesabında yazıb ki, 2023-cü ilin yamvar-mart aylarında Azərbaycan dünya bazarlarına 6,4 milyon ton kondensatla birlikdə neft ixrac edib.
Xəbər verildiyi kimi, 2022-ci ildə Azərbaycanda 32 milyon 667,7 min ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib (azalma 5,5%), ixrac – 26,3 milyon ton (azalma 6,5%) təşkil edib.
Azərbaycan hökuməti 2023-cü ildə ölkədə neft hasilatını 31 milyon 222,3 min ton səviyyəsində proqnozlaşdırır. **
N.Abbasova