Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, çərşənbə axşamı Ermənistan Silahlı Qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb.
“Qarşı tərəfin (Ermənistanın - İF) törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Bildirilir ki, hazırda Ordumuzun bölmələri tərəfindən “adekvat cavab tədbirləri”görülür.
Öncə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. **
R.Kərimov