Çərşənbə axşamı Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Laçın rayonu istiqamətində törədilən təxribat nəticəsində yaranmış gərginlik davam edir. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat verir.
“Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən görülən zəruri tədbirlər nəticəsində qarşı tərəf xeyli sayda itki verib”, - nazirliyin məlumatında deyilir.
Xəbər verildiyi kimi, Azərbaycan Müdafiə Nazirliyi məlumat verir ki, çərşənbə axşamı Ermənistan Silahlı Qüvvələri tərəfindən iki ölkənin sərhədində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması nəticəsində hərbi qulluqçularımız şəhid olub və yaralanıb.
“Qarşı tərəfin (Ermənistanın - İF) törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb”, - nazirliyin məlumatında deyilir.
Öncə Azərbaycan Müdafiə Nazirliyi məlumat verib ki, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. **
B.Rüstəmbəyov