Azərbaycan Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan-Ermənistan sərhədində Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub.
“Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub”, - nazirlikdən məlumat verilib.
MN-dən həmçinin bildirilir ki, hazırda qeyd olunan istiqamətdə nisbi sakitlikdir, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altındadır. **
B.Rüstəmbəyov