Azərbaycanla sərhəddə baş vermiş atışmada yaralanan 6 erməni hərbçidən üçünün vəziyyəti ağır və son dərəcə ağır, digərlərinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdə sərhəddə cari vəziyyətin nisbətən sabit olduğu bildirilib.
Xəbər verildiyi kimi, ötən gün axşam saatlarında sərhəddə baş vermiş atışma nəticəsində 4 erməni hərbçi ölüb.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə isə, Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu şəhid olub.*