İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun (“AD Ports Group”) baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə videoformatda görüş keçirib.
“Görüşdə qurum ilə ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük”, - deyə Cabbarov “Twitter”də yazıb.*
R.Kərimov