2023-cü ilin I rübündə Azərbaycana 1229 ədəd dartıcı və 1208 ədəd qoşqu və yarımqoşqu idxal edilib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter”də yazıb.
O qeyd edib ki, 2022-ci ilin I rübündə ölkəyə 420 ədəd dartıcı və 371 ədəd qoşqu və yarımqoşqu idxal edilib.
Beləliklə, Azərbaycana dartıcıların idxalı 2,9 dəfə, qoşqu və yarımqoşquların idxalı 3,3 dəfə artıb.*
R.Kərimov