İqtisadiyyat naziri Mikayıl Cabbarovun başçılıq etdiyi nümayəndə heyəti Bosniya və Herseqovinada işçi səfərdədir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Bosniya və Herseqovina Nazirlər Şurasının sədri xanım Boryana Krişto ilə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafını vurğuladıq, Azərbaycanda xarici investisiyalar üçün yaradılmış əlverişli mühit və potensial əməkdaşlıq imkanları barədə müzakirə apardıq”, - deyə nazir “Facebook”da yazıb.
Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 13-də Bosniya və Herseqovinaya səfər edəcək.*
R.Əhmədov