2020-ci il noyabrın 10-dan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxs olmaqla ümumilikdə 51 nəfər həlak olub, 239 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti mina qurbanı 2001-ci il təvəllüdlü Ramil Əzizov olub. O, Laçın rayonunun işğaldan azad edilmiş Sus kəndi ərazisində mina partlayışı nəticəsində xəsarət alıb.*
R.Əhmədov