Aprelin 25-26-da Sofiyada altı ölkənin, o cümlədən Azərbaycanın nümayəndələri tərəfindən qaz infrastrukturunun genişləndirilməsinə dair saziş imzalanacaq. Bolqarıstan Energetika Nazirliyinin məlumatına görə, bunu nazir Rosen Xristov deyib.
“Aprelin 25-26-da Sofiyada bir neçə ölkə - Bolqarıstan, Türkiyə, Rumıniya, Slovakiya, Macarıstan və Azərbaycan arasında qaz infrastrukturunun genişləndirilməsi haqqında sazişin imzalanacağı gözlənilir”, - deyə o, bu gün bildirib.
R.Xristov əlavə edib ki, beləliklə, Azərbaycandan qazın Bolqarıstan ərazisi ilə Mərkəzi Avropaya çatdırılması mümkün olacaq.*
R.Kərimov