Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov məlumat verib.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Bosniya və Herseqovinada işçi səfərdəyik. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ilə Bosniya və Herseqovinanın Xarici Ticarət Palatası arasında qarşılıqlı əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlavə imkanlar yaradacaq”, - deyə nazir bu gün “Twitter” hesabında yazıb.*
Xəbərlər şöbəsi