2023-cü ilin yanvar-mart ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 1 milyard 561 milyon manat təşkil edib. Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
DSMF-nin sosial sığorta daxilolmalarında 7% və ya proqnozdan 100 milyon manat çox olub.
İcbari dövlət sosial sığorta üzrə daxilolmalar proqnozu 9% və ya 101 milyon manat üstələyərək 1 milyard 192 milyon manat təşkil edib.
Yanvar-mart aylarında Fondun xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% artaraq 194 milyon manat təşkil edib.
Beləliklə, 2023-cü ilin birinci rübündə DSMF-nin büdcəsinin profisiti 67 milyon manat təşkil edib.
DSMF-nin 2023-cü il üçün kəsirsiz büdcəsi 6 milyard 263 milyon 970 min manat məbləğində təsdiqlənib.**
B.Rüstəmbəyov