Azərbaycan ilə Bosniya və Herseqovina arasında strateji tərəfdaşlığa dair birgə bəyannamə imzalanacaq.
“İnterfaks-Azərbaycan” agentliyi Bosniya mətbuatına istinadən məlumat verir ki, bəyannamə cümə axşamı ali səviyyədə danışıqların yekunlarına dair imzalanacaq.
Xəbər verildiyi kimi, cümə axşamı Azərbaycan prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gəlib. **
R.Əhmədov