Özbəkistanın xarici işlər nazirinin vəzifələrini icra edən Baxtiyor Saidov məlumat verib ki, Azərbaycan XİN başçısı Ceyhun Bayramovla telefonla danışıb, tərəflər Daşkənd ilə Bakı arasında strateji tərəfdaşlığı müzakirə ediblər.
“Əziz qardaşım, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefonla danışdım. Özbəkistanla Azərbaycan arasında dinamik inkişaf edən strateji tərəfdaşlığın zənginləşdirilməsinin yeni yollarını müzakirə etdik”, - Saidov Teleqram hesabında yazıb. **
R.Kərimov