Bosniya və Herseqovina Azərbaycanda səfirlik açacaq. Bu barədə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Jelka Tsviyanoviç bəyan edib.
“Bosniya və Herseqovina Azərbaycanda səfirlik açacaq. Bu çox vacibdir. Bosniya və Herseqovinanın Xarici İşlər Nazirliyinə müvafiq tapşırıqlar verilib”, - Tsviyanoviç cümə axşamı Azərbaycan prezidenti İlham Əliyevlə mətbuata bəyanatlarla çıxışında deyib.
Onun sözlərinə görə, Sarayevo və Bakı nəqliyyat, energetika, turizm və digər istiqamətlərdə əməkdaşlıq edə bilər.
Tsviyanoviç vurğulayıb ki, iki ölkənin aidiyyəti strukturları reallaşdırılması üçün konkredt layihələrin siyahısını hazırlayacaqlar, investisiyalar üçün sahələri müəyyənləşdirəcəklər. “Azərbaycan Bosniya və Herseqovina üçün vacib ölkədir”, - o əlavə edib. **
R.Əhmədov