Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 14-nə manatın dollara qarşı rəsmi məzənnəsini 1,7 manat/$1 səviyyəsində saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Aprelin 14-nə manatın avroya nisbətən rəsmi məzənnəsi 1.8818 manat/1EUR səviyyəsində (aprelin 13-nə 1.8681 manat/1EUR) müəyyən edilib.
AMB aprelin 14-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsini 0.0208 manat/1RUB səviyyəsində (aprelin 13-nə 0.0207 manat/1RUB) müəyyən edib.
Aprelin 14-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsi 0.0879 manat/1TRY səviyyəsində (aprelin 13-nə 0.0880 manat/1TRY) müəyyən edilib.*
B.Rüstəmbəyov