Dövlət Vergi Xidməti (DVX) “Bakı Olimpiya İdman Kompleksi” MMC-ni qeydiyyata alıb.
DVX-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, cəmiyyətin nizamnamə kapitalı 632,54 min manat, qanuni təmsilçisi Elşən Xəlilovdur.
“Bakı Olimpiya İdman Kompleksi” MMC 2023-cü il fevralın 22-də dövlət qeydiyyatına alınıb.
DVX tərəfindən qeydiyyata alınmış “Salyan Olimpiya İdman Kompleksi” MMC-nin nizamnamə kapitalı isə 6 milyon 462,706 min manat, qanuni təmsilçisi Babək Həmidovdur.
“Salyan Olimpiya İdman Kompleksi” MMC 2023-cü il fevralın 23-də qeydiyyata alınıb.*
B.Rüstəmbəyov