Azərbaycan 2023-cü ilin fevral ayında Almaniyaya meşə fındığının ixrac həcminə görə ikinci pilləyə yüksəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsinin materiallarına istinadən xəbər verir.
Statistik məlumatlara görə, hesabat dövründə Almaniya 39,672 milyon avro dəyərində (artım 29,8%) 6,564 min ton meşə fındığı (2022-ci ilin fevral ayı ilə müqayisədə artım 14,1%) ixrac edib.
2023-cü ilin fevral ayında aparıcı tədarükçülərin üçlüyünə ənənəvi olaraq birinci yeri tutan Türkiyə (24,454 milyon avro dəyərində 4,199 min ton), Azərbaycan (6,512 milyon avro dəyərində 1,181 min ton) və İtaliya (6,803 milyon avro dəyərində 814 ton) daxil olub.
Almaniyaya meşə fındığının ixrac həcminə görə Azərbaycanın dördüncü pillədə qərarlaşdığı cari ilin yanvar ayı ilə müqayisədə fevral ayında sözügedən məhsulun idxalı miqdar ifadəsində 4 dəfə, dəyər ifadəsində 4,3 dəfə artıb.
2022-ci ilin fevral ayı ilə müqayisədə tədarük miqdar ifadəsində 3,6 dəfə, dəyər ifadəsində 3,5 dəfə artıb.*
R.Kərimov