“Glassica” QSC Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində şüşə tara məhsullarının istehsalı üzrə ikinci müəssisənin qurulması üzrə işlərə başlayıb.
İqtisadi Zonaların İnkişafı Agentliyindən(İZİA) “İnterfaks-Azərbaycan” agentliyinə bildirilib ki, investisiya həcmi 44,4 milyon manat, illik istehsal gücü 160 ton şüşə tara məhsulları olacaq müəssisədə 160 nəfər daimi işlə təmin ediləcək.
SKSP ərazisində birinci müəssisə 2022-ci ilin iyul ayında açılıb. Ümumi investisiya dəyəri 20 milyon manatdan çox olan müəssisənin illik istehsal gücü 90 milyon ədəd müxtəlif çeşidli rəngli şüşə tara məhsullarıdır.*
B.Rüstəmbəyov