2023-cü ilin yanvar-mart aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $1 milyard 57 milyon 258,61 min təşkil edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 67,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu dövrdə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,98%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb və RF Azərbaycanın üçüncü xarici ticarət tərəfdaşı olub.
Yanvar-mart aylarında Azərbaycandan Rusiyaya ixracın dəyəri $260 milyon 959,65 min (artım 68,2%) təşkil edib. Bütövlükdə, Azərbaycandan ixracın 3,37%-i Rusiyanın payına düşüb (RF Azərbaycanın əsas ixrac istiqamətləri üzrə 9-cu yerdədir).
Hesabat aylarında Rusiyadan Azərbaycana tədarükün dəyəri $796 milyon 298,96 min (artım 67,2%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 19,76% Rusiyadan idxalın payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $535 milyon 339,31 min təşkil edib.
2022-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $3 milyard 710 milyon 239,41 min təşkil edib ki, bu da 2021-ci ilin göstəricisindən 23,9% çoxdur.*
B.Rüstəmbəyov