Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılmasını pisləyib.
“Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik. Təşkilatçıların bu cür nifrət aksiyalarına qarşı heç bir təhlükəsizlik tədbiri görməməsi narahatedicidir. Günahkarlar müvafiq cəzalarını almalıdırlar!” - deyə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviterdə yazıb.*
Xəbərlər şöbəsi