Gənclər və idman naziri Fərid Qayıbov İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.
“İrəvan idmançılarımızın təhlükəsizliyinə təminat verə bilmədiyindən Azərbaycan nümayəndə heyəti yarışa qatılmayacaq və onların vətənə dönməsi gözlənilir. Ermənistan idmançılarımızın təhlükəsiz qayıtmasını təmin etməlidir, lakin indi onlar mediaya çıxışları olmadan mehmanxanaya qapadılıblar. Biz beynəlxalq ictimaiyyəti və beynəlxalq idman qurumlarını bu barbar hərəkəti kəskin şəkildə pisləməyə çağırırıq. Biz, həmçinin Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırırıq. Hesab edirik ki, bu insident Ermənistanın beynəlxalq idman yarışları keçirmək və idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”, - deyə nazir “Facebook” hesabında yazıb.*
V.Əliyev