Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləndikdən sonra F-16 qırıcılarının Türkiyəyə satışı prosesi sürətlənib. Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın TRT kanalına müsahibəsində deyib.
“ABŞ administrasiyası prosesin irəliləməsini istəyir. Finlandiyanın NATO-ya üzvlüyü təsdiqləndikdən sonra proses sürətlənib”, - deyə o bildirib.
Daha əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirmişdi ki, Ankara Vaşinqtondan F-16 qırıcılarının alınması üzrə müsbət nəticələr gözləyir.
Diplomatın sözlərinə görə, ABŞ prezidenti Co Baydenin administrasiyası əvvəlcə Konqresdə bu məsələ ilə bağlı etirazları aradan qaldırmalıdır və Türkiyə tərəfi administrasiyanın “səmimi səy göstərdiyini” bilir.*
V.Əliyev