Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra turnirdə iştirakdan imtina edən Azərbaycan millisi bu gün axşam Bakıya qayıdıb.
Azərbaycanlı atletlər İrəvandan Tbilisiyə, oradan isə Bakıya yola salınıblar.
Heydər Əliyev Beynəlxalq Hava Limanında nümayəndə heyətini media və ictimayyət nümayəndələri qarşılayıb.*
R.Əhmədov